Sabunçuda bina sakinlərinin lift kartları bloklandı: Səbəb nədir? - VİDEO

12-09-2026, 11:28 61 dəfə baxılıb

 

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən "Uğur 2" yaşayış kompleksinin sakinləri liftlərin istifadəsinə tətbiq olunan məhdudiyyətlərdən və ödəniş tələblərindən narazıdırlar.

Yenisirvanli.İnfo.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərdən biri üç ildir bu binada yaşadığını və bir müddət əvvəl onlara lift üçün xüsusi kart təqdim olunduğunu deyib:

"Kartı verəndə işləyirdi. İndi isə üç gündür bloka salınıb, mənzilimə qalxa bilmirəm. Səbəbini soruşanda aydın məlumat vermirlər. Bildirirlər ki, guya pul ödəməli və müqavilə bağlamalıyıq".


Digər bir sakin isə kart sisteminin tətbiq olunmasının əsas məqsədinin pul yığmaq olduğunu iddia edir:

"Ötən gün yaxınlaşıb bildirdim ki, ailəm və uşaqlarım evə qalxa bilmirlər. Sistemi tətbiq edəndə xəbərdarlıq etməmişdilər ki, kartlar bloklanacaq və əlavə pul tələb olunacaq. Hər mənzilə üç kart verilib, əlavə hər bir kart üçün isə beş manat tələb edirlər".

Məsələ ilə bağlı "Uğur 2" yaşayış kompleksinin xəzinədarı Kəmalə Əliyeva bildirib ki, məhdudiyyət borclarla əlaqədardır:

"Mənzil sahiblərinin liftdən istifadəsi kommunal borclarını ödəmədiklərinə görə dayandırılıb. Sakinlər ödəniş etməyəndə liftlərin təmiri və digər təsərrüfat problemlərinin həlli çətinləşir. Bu səbəbdən kommunal ödənişlərin vaxtında həyata keçirilməsi tələb olunur".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930