Misir Mərdanov yenidən danışdı: Məleykə xanıma hörmətimi bu gün də qoruyuram...
Sabiq təhsil naziri Misir Mərdanovun bir neçə gün əvvəl “Pozan Media TV”yə verdiyi müsahibə müzakirələrə səbəb olub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Misir Mərdanov ona ünvanlanan sualları cavablandırarkən təhsil sahəsində mövcud olan bir sıra məsələlərə münasibət bildirib. Keçmiş nazirin fikirləri birmənalı qarşılanmayıb.
Belə ki, guya Misir Mərdanov bu açıqlaması ilə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəni hədəfə alıb.
Pravda.az xəbər verir ki, sabiq nazir bununla bağlı “Facebook” hesabında paylaşım edərək iddiaları təkzib edib.
Həmin paylaşı təqdim edirik:
“Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.
Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram” – deyə, M.Mərdanov qeyd edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: