Bu tarixdən sonra bürclərin həyatı dəyişəcək

8-04-2025, 10:16 169 dəfə baxılıb

 

“Aprel ayından sonra bürclərin həyatı dəyişəcək”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri azərbaycanlı astroloq Aytən Salami bildirib.

Astroloq bütün bürcləri gözləyən dəyişiklikləri sadalayıb.

QOÇ

Bu həftədən etibarən Merkuri və Venera planetləri retro hərəkətlərini dayandırır. Son dönəmdə retrolar həyatınızı daha qarışıq və gərgin etdiyi üçün artıq daha gözəl enerji ilə yolunuza davam edəcəksiniz. Məqsədlərə yönəlmək, cəsarətli addımlar atmağın zamanıdır. Əziyyətiniz qarşılıqsız qalmayacaq.

BUĞA

Bu həftə, artıq fikirlərinizdə və düşüncələrinizdə yaşanan qarışıqlıq bitəcək. Düşüncələrinizdəki planları həyata keçirmək üçün gözəl zaman başlayır. Sizi narahat edən fikirlər bitəcək. Yeni məqsədlərə yönələcksiniz.

ƏKİZLƏR

Dostlar və sosial çevrədə yaşadığınız problemlər sona çatacaq. Addım atmaq istədiyiniz işlərdə maneələr aradan qalxacaq. Aprel ayından etibarən daha canlı enerjidə olacaqsınız. Çevrənizdən dəstək alıb xəyallarınızı reallaşdıracaqsınız.

XƏRÇƏNG

İş həyatında yaşadığınız sıxıntılar sona çatır. İşdə axsamalar və gecikmələr aprel ayından etibarən dayanır. Bu aydan başlayaraq iş və kariyerada zirvə dönəmi sizi gözləyir. Atacağınız cəsarətli addımların nəticəsini alacaqsınız.

ŞİR

İmzalı sənədlər, xariclə bağlı işlər, imtahanlarda yaşanan problemlər həll yolunu tapacaq. Xarici əlaqələrdə, iş görüşmələrində daha uğurlu addımlar ata biləcəksiniz. İşinizlə bağlı yeni idealar ehtimalı var. Xaricə səyahət edə bilərsiniz. Aprel ayından etibarən yenilənmiş enerjidə olacaqsınız.

QIZ

Ortaq maddi gəlirlər, bank, kredit, borc kimi məsələlərdə yaşanan gecikmələr, axsamalar düzələcək. Ortaq iş və maddiyyatdan gəlirləriniz stabilləşəcək. Çoxdandır gözlədiyiniz borcunuz qayıda bilər. Bank və kredit işlərində uğurlu geri dönüşlər alacaqsınız.

TƏRƏZİ

Münasibət və evlilikdə olan anlaşılmazlıqlar aradan qalxacaq. Şərikli işlərdə yaranan problemlər həll yolunu tapacaq. Aprel ayından etibarən münasibətlərdə və ortaq işlərdə daha özgüvənli addımlar atacaqsınız. İdarəçi planetinizin aktivləşməsi ilə artıq cəsarətlə verdiyiniz qərarlarda müsbət cavab alacaqsınız. Yeni münasibət şansı yarana bilər.

ƏQRƏB

İş həyatınızda yaşanan gərginliklər, gecikmələr aradan qalxacaq. Sağlamlıq məsələləri gündəminizdə ola bilər. Həkim nəzarətindən keçin. Aprel ayından etibarən enerjiniz qalxacaq, iş həyatınızda müsbət dəyişikliklər yaşanacaq.

OXATAN

Yaşadığınız şanssızlıqlar aradan qalxacaq. Sevgidə anlaşılmazlıq və problemlər həll yolunu tapacaq. Etdiyiniz yatırımlardan müsbət xəbərlər ala biləcəksiniz. Aprel ayı etibarı ilə sevgidə, bolluqda şansınız artmağa başlayacaq.

OĞLAQ

Ailə və evlə bağlı gecikmiş problemli məsələlər həll yolunu tapacaq. Ailə böyüklərinin sağlamlıq məsələləri də düzələcək. Eviniz, ailə mövzularınızla bağlı alacağınız qərarlarda qəti addımlar atıb nəticə ala biləcəksiniz.

DOLÇA

Yaxın çevrənizdə yaşanan problemlər, neqativ enerjilər qaydasına düşəcək. Aprel ayındam etibarən başa düşülməyə başlayacaqsınız. Problem yaşadığınız insanlarla münasibətlər qaydasına düşəcək. Yeni idealar və fikirlər yarana bilər.

BALIQ

Bir müddətdir ki, yaşanan iş və maddi problemləriniz qaydasına düşəcək. Maddi məsələlərdə gecikmələr, xərclərin artması, pul balansının pozulması aradan qalxacaq. Aprül ayından etibarən işinizdə atdığınız cəsarətli addımlar şans və bolluq gətirəcək.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930