Ərdoğanın partiya aparatının işçilərinin maaşı verilmir? - AK Partiya iddiaları rədd etdi

12-11-2026, 11:52 91 dəfə baxılıb

 

Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın mərkəzi aparat işçilərinin maaşlarının qondarma fondda "ilişib" qaldığı haqda xəbərlər yayılıb. İddia olunur ki, bu səbəbdən aparat işçiləri iki aydır maaş ala bilmirlər.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iddianı səsləndirənlərdən biri də CHP-li deputat Həsən Öztürkmen olub.

Onun və digərlərinin bu barədəki açıqlamalarına AK Partiyadan rəsmi reakisya verilib.

AK Partiyanın sədr müavini Ahmet Baha Öğütken partiyanın qərargahı işçilərinin maaşlarının rəhbər şəxsləri həbs olunmuş qondarma fond hesablarında ilişməsi haqda iddiaları rədd edib.

Onun sözərinə görə, əsla belə bir hal olmayıb: "Partiya işçilərinin maaşları müntəzəm şəkildə və qəpiyinə qədər  bank hesablarına köçürülür. Heç kimin maaşı ləngidilməyib. İşçilərimizin maaşlarının fond hesablarında saxlanılması iddiaları tamamilə yalandır. Xalqı qəsdən çaşdıran və partiyamızın institusional nüfuzuna xələl gətirməyi hədəfləyən bu yalan iddiaları qəti şəkildə rədd edir və bəlli şəxsləri bu yalanlarına görə məhkəməyə verəcəyik"



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30