İrəvanda Azərbaycan hərbçisi ilə bağlı qapalı iclas...- Güc nazirliklərinin nümayəndələri çağırıldı...

4-11-2026, 10:25 81 dəfə baxılıb

 

 

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasında cümə axşamı Sünik vilayətinin (Zəngəzur) Şəki qəsəbəsində sərhədi keçmiş Azərbaycan əsgəri Nəsimi Musyaevlə bağlı səs-küylü insidentin müzakirəsi nəzərdə tutulur.
 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Ermənistanın "Johovurd" qəzeti məlumat yayıb.
 
Nəşrin yazdığına görə, söhbət azərbaycanlı silahlı şəxsin erməni ailəsinin yaşadığı evə daxil olaraq qadını döydüyü, ayağına avtomat atəşi açdığı, polis əməkdaşlarının isə hadisənin qarşısını vaxtında ala bilmədiyi iddia edilən insidentdən gedir.
 
Qəzetin məlumatına əsasən, müzakirələrin Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə bağlı məsələlər nəzərə alınaraq qapalı keçirilməsi mümkündür. Gözlənilir ki, qapalı iclasda deputatlar hüquq-mühafizə orqanlarının nümayəndələrinə hadisənin təfərrüatları və polisin müdaxiləsinin gecikməsi ilə bağlı suallar ünvanlayacaqlar.
 
"Joxovurd" xatırladır ki, Ermənistan parlamentinin müxalifətçi deputatı Geqam Manukyan daha əvvəl bu hadisə ilə əlaqədar parlament qərarının qəbul edilməsini təklif edib.
 
Məsələ ətrafında uzun müzakirələrdən sonra hakim "Vətəndaş sazişi" fraksiyasının deputatı, komissiyanın sədri Vilen Qabrielyan hüquq-mühafizə orqanlarının – Milli Təhlükəsizlik Xidmətinin, İstintaq Komitəsinin və polisin nümayəndələrinin iştirakı ilə görüş təşkil edəcəyinə söz verib.
 
Müzakirənin əsas məqsədi silahlı şəxsin yaşayış evinə daxil olmasının və qadına qarşı zorakılıq törətməsinin necə mümkün olduğunu, eləcə də polisin hadisənin qarşısını niyə vaxtında ala bilmədiyini aydınlaşdırmaqdır.
 
Erməni nəşri qeyd edir ki, məsələ artıq parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının müzakirəsinə çıxarılır. Lakin iclasın qapalı keçirilməsi ehtimalı ictimaiyyətin hadisə ilə bağlı müzakirələrin bütün təfərrüatlarından xəbərdar olmasına mane ola bilər.
 
Qəzetin fikrincə, qarşıdakı müzakirə hüquq-mühafizə orqanlarının hadisəyə görə məsuliyyət məsələsinə münasibətini və deputatların indiyədək cavabsız qalan suallara aydınlıq gətirə bilib-bilməyəcəyini göstərəcək.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30