Azərbaycanla Türkiyə krizisi uzana bilər
“Azərbaycan və Türkiyə arasında gərginliyi körükləyən, kənardan təsir göstərmək istəyən və hibrid hücumlar həyata keçirən qüvvələr var. Biz Rusiya, İran, Ermənistan və digər mərkəzlərdən bunu müşahidə edirik”.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözlərisiyasi analitik Ramiyə Məmmədova açıqlayıb. Onun fikrincə, hər iki tərəf uzaqgörən, müdrik siyasəti nəticəsində təxribatların genişlənməsinə imkan verməməlidir.
Ekspert güman etmir ki, soyuqluq uzun müddət çəkəcək: “Biz daha əvvəl də müəyyən gərginlik yaşamışıq. Amma sonra əlaqələr yaxşılaşıb. Bu hadisələr də epizodikdir. Çünki bir-birinə ehtiyacı olan iki qardaş dövlətdir.
Burada strateji maraqlar var və biz uzun müddət gərgin vəziyyətdə qala bilmərik”. Tia.az
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: