Azərbaycanı BVF-nin İcraçı Şurasında Kristof Baumann-Kesten təmsil edəcək

2-11-2026, 09:39 91 dəfə baxılıb

 

Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunun (BVF) İsveçrə ölkələr qrupunun icraçı direktoru vəzifəsində fəaliyyətə başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Kristof Baumann-Kesten sosial şəbəkə hesablarında məlumat yayıb.

O, təyinatına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Lixtenşteyn, Polşa, Serbiya, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistanın dəstək verdiyini bildirib.

Baumann-Kesten qeyd edib ki, BVF-nin İcraçı Şurasında bu qədər geniş və fərqli dövlətlər qrupunu təmsil etmək həm böyük imtiyaz, həm də ciddi məsuliyyətdir. O, göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, BVF-də İsveçrə ölkələr qrupu inkişaf etməkdə olan bazar iqtisadiyyatına malik dövlətlərlə yanaşı, regionun inkişaf etmiş ölkələrini də birləşdirir. Bu qrup beynəlxalq maliyyə institutlarında üzv dövlətlərin maraqlarının müdafiəsi və mövqelərinin uzlaşdırılması istiqamətində fəaliyyət göstərir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30