Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
ABŞ Prezidenti Donald Tramp qlobal neft və yanacaq bazarında sürətlə davam edən bahalaşmaya tsir edəcək bəyanat verib.
Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, o, Ukrayna ilə Rusiyanın bir-birinin enerji sahələrini bundan sonra vurmayacaqları barədə anlaşdığını bəyan edib.
Tramp bildirib ki, hazırda dünyada yanacağın bahalaşmasının əsas səbəbi İranla müharibə deyil: "Yanacağın qiymətni yüksəldən Rusiya-Ukrayna müharibəsidir. İndisə tərəflər artıq bir-birinin enerji sektoruna zərbə vurmamaq barədə qarşılıqlı razılığa gəliblər. Bu razılaşma qarşıdakı dövrdə qlobal bazarlarda etimad mühiti yaratmaq və yanacaq qiymətlərindəki artım tendensiyasını cilovlamaq məqsədi daşıyır. Bazarlar iki ölkə arasında bu addımın praktikada necə tətbiq olunacağını diqqətlə izləyir".
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: