Zelenski: 67 Ukrayna şirkəti reaktiv dronların vurulması üçün vasitələr hazırlayır
Ukrayna Prezidenti bildirib ki, artıq bir neçə şirkət bu istiqamətdə nəticə əldə edib və yeni vasitələrin kütləvi istehsalına hazırlaşır
Zelenski bildirib ki, bu şirkətlərdən təxminən beşi artıq konkret nəticə nümayiş etdirib. Onun sözlərinə görə, hazırda həmin şirkətlər hazırlanan sistemlərin kütləvi istehsalını təmin etmək üçün istehsal güclərini hesablayırlar.
“Hazırda onlar bu imkanın kütləvi istehsalına başlamaq üçün öz güclərini hesablayırlar”, deyə Zelenski bildirib.
Ukrayna Prezidenti daha əvvəl reaktiv mühərriklə təchiz olunan “Şahed” tipli dronların ölkə üçün ciddi təhlükə yaratdığını və onların qarşısının alınması üçün yüksək sürətli vasitələrin hazırlanmasının vacib olduğunu vurğulayıb.
Zelenski bu istiqamətdə görülən işləri müdafiənin alternativ variantı kimi qiymətləndirib. O, əsas prioritetin isə diplomatik səyləri gücləndirmək və müharibənin gərginləşməsinin qarşısını almaq olduğunu qeyd edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: