Tramp İran üzərində qələbəni qaçılmaz sayır
ABŞ Prezidenti Donald Tramp inanır ki, ABŞ tezliklə İran üzərində qələbə qazanacaq.
“Reyting.az” xəbər verir ki, D. Tramp bu barədə "GB News" televiziya kanalına müsahibəsində bildirib.
"Biz qalib gələcəyik, bu, tezliklə olacaq, çünki biz artıq qalib gəlmişik, çünki onların nüvə silahı ola bilməz", - Tramp deyib.
O əlavə edib ki, ABŞ-nın İslam Respublikasına zərbə endirmək qərarı olmasaydı, Tehran "iki, bəlkə də dörd həftəyə" nüvə silahı əldə edə bilərdi, lakin indi bu müddət 25 ilə qədər uzadılıb.
Eyni zamanda, Amerika lideri ABŞ-nın İslam Respublikasına qarşı uğurlu əməliyyatlar apardığına və "Hörmüz boğazına nəzarət etdiyinə" əminlik ifadə edib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: