Kadırov bir sıra Avropa ölkələrinin ələ keçirilməsinin mümkünlüyündən danışıb

4-09-2026, 10:30 319 dəfə baxılıb

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ordusunun imkanları ilə bağlı növbəti iddiaları ilə gündəmə gəlib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Çeçenistanda onun rejiminə və Rusiyanın Çeçenistan üzərində nəzarətinə qarşı çıxan "Niyso" hərəkatının Telegram kanalı məlumat yayıb.

Kadırov bildirib ki, Rusiya qoşunları Polşanı ələ keçirmək iqtidarındadır və daha sonra Fransaya və Almaniyaya doğru irəliləyə bilər.

Kadırovun sözlərinə Çeçenistan rəhbərinin rejiminə qarşı çıxan "Niyso" hərəkatının nümayəndələri ironik münasibət bildiriblər. Onlar Kadırovun Rusiya qoşunlarının Avropanın dərinliklərinə qədər irəliləyə biləcəyi barədə açıqlamaları ilə işğalçı qüvvələrin birbaşa cəbhədəki vəziyyəti barədə məlumatlar arasındakı ziddiyyətə diqqət çəkiblər.

Kanalın müəllifləri qeyd ediblər ki, Rusiya hərbçilərinin yaxınları cəbhədə yağışlı hava olması üçün dua etməyə çağırırlar. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarının davamlı fəaliyyəti səbəbindən rusiyalı hərbçilər yaralıları təxliyə etmək və ölənlərin cəsədlərini götürməkdə çətinlik çəkirlər. Yağış zamanı dronların fəaliyyəti azalır.

"Niyso"da bildirilib ki, müharibənin bu mənzərəsi Kadırovun fəaliyyətini işıqlandıran Çeçenistanın dövlət televiziya və radio şirkəti "Qroznı"da göstərilmir. "Bununla Kadırov az qala Fransaya çatacaq. Artıq beşinci ildir", kanalın müəllifləri yazıblar.



Yenisirvanli.İnfo.Az  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930