Azərbaycanın etirazı Parisdə planları pozdu – Canilərə həsr olunan rəsmi açılış ləğv edildi

3-09-2026, 10:34 314 dəfə baxılıb

 

Parisdə Bakıdakı həbsxanada cəza çəkən erməni separatçılarına həsr edilmiş sərginin rəsmi açılış mərasimi ləğv olunub.

Yenisirvanli.İnfo.Az Musavat.com-a istinadla xəbər verir ki, Paris meriyası şəhər meriyasının qarşısında keçirilməsi nəzərdə tutulan təntənəli açılış mərasimindən imtina edib.

Məlumata görə, sərginin özü artıq bir neçə gündür nümayiş etdirilir. Lakin təşkilatçıların açıqlamasına əsasən, ekspozisiyanın rəsmi açılış hissəsinin keçirilməməsi qərara alınıb.

Bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sərginin təşkil olunması ilə əlaqədar Paris meriyasına etiraz məktubu göndərmişdi.

Səfir Azərbaycan tərəfinin mövqeyini Paris rəhbərliyinin diqqətinə çatdıraraq tədbirin keçirilməsinə etirazını bildirmişdi.

WhatsApp Image 2026-09-02 at 19.26.02.jpeg (99 KB)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930