Deputatlarımız Özbəkistana gedir
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və deputat Səbinə Xasayeva Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 12-ci Qlobal konfransında iştirak etmək məqsədilə sentyabrın 4-də Özbəkistanın Səmərqənd şəhərinə səfər edəcəklər.
Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, konfrans çərçivəsində gənclərin hüquqlarının qorunması, onların iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsi kimi mövzular müzakirə olunacaq.
Səfər sentyabrın 6-da başa çatacaq.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: