Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni mərhələ

3-09-2026, 09:30 113 dəfə baxılıb

 

Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunub.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Aşqabadda iki ölkənin xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilib. Görüşdə konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər vətəndaşların hüquq və maraqlarının qorunması, o cümlədən mövcud viza rejimlərinin sadələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin miqrasiya, vətəndaşlıq, ədliyyə, təhsil və digər sahələrdə əməkdaşlıq müzakirə edilib.

Görüşün yekununda müvafiq protokol imzalanıb.

Növbəti konsulluq məsləhətləşmələrinin 2027-ci ildə Bakıda keçirilməsi barədə razılıq əldə olunub.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930