Prezident İlham Əliyevin 20 mart 2022-ci il tarixində Suqovuşanda Novruz bayramı təbrikindən sitat

13-03-2025, 15:57 131 dəfə baxılıb

 

Prezident İlham Əliyevin 20 mart 2022-ci il tarixində Suqovuşanda Novruz bayramı təbrikindən sitat
 İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik.

Suqovuşan qəsəbəsi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. 2020-ci ilin oktyabrında dövlət başçısının sərəncamı ilə tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb. 


Prezident İlham Əliyevin 20 mart 2022-ci il tarixində Suqovuşanda Novruz bayramı təbriki ilə ötürdüyü mesajda ikinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”. Bununla həm Azərbaycan xalqına, həm də bütün dünyaya Qarabağın bizim üçün daşıdığı önəm bir daha xatırladılıb. Azərbaycan xalqının 30 il müddətində məhrum olduğu torpaqlarının yalnız onun əsl sahiblərinin əlində cənnətə çevriləcəyini bütün dünyaya nümayiş etdirib. Dövlət başçısı qeyd edib ki, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Yəni Azərbaycan dövləti bu ərazilərdə sadəcə tarixi ədaləti bərpa etməklə kifayətlənməyib, həm də dinc həyatın Qarabağa qayıtması üçün əlindən gələni edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramını Qarabağda qeyd etməyi ənənə halına gətirməsi həm də Ulu öndər Heydər Əliyevin ideallarına bağlılığın əyani təzahürüdür. Yəqin ki, hər birimiz Heydər Əliyevin hələ işğalın davam etdiyi dövrdə Novruz bayramı münasibətilə etdiyi çıxışı, Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə Novruz bayramını keçirəcəyimizi deməsi hər birimizin xatirindədir. Bu çıxış və Qarabağın mütləq azad ediləcəyinə inam Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətinin və xalqının tarixi ədalətin bərpasına olan inamını da özündə əks etdirirdi. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə bu arzuları və inamı reallığa çevirdi. Prezident İlham Əliyev ümummilli liderin və bütün Azərbaycan xalqının arzusunu reallığa çevirən rəhbər kimi tarixə düşdü və bu gün Qarabağda Novruz bayramının məhz ölkə başçısının şəxsində qeyd olunması Azərbaycan xalqı üçün dərin anlam ifadə edən bir zəfər təntənəsinə çevrildi.

Yenisirvanli.İnfo.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930