Qazaxıstan taxılının ilk partiyası Ermənistana çatdı - Video

8-11-2025, 14:43 137 dəfə baxılıb

 

Azərbaycan üzərindən dəmir yolu ilə Ermənistana göndərilən Qazaxıstan taxılının ilk partiyası həmin ölkəyə çatıb. 


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın ərazilərin idarə olunması və infrastruktur naziri David Xudatyan açıqlayıb.


Onun sözlərinə görə, 1000 ton həcmində olan məhsul Ermənistanın “Ayrum” stansiyasındadır.


Xudatyan qeyd edib ki, taxılın daşınması üçün Qazaxıstan – Rusiya – Azərbaycan – Gürcüstan – Ermənistan marşrutundan istifadə edilib. 


Erməni nazir xatırladıb ki, bir neçə gün əvvəl Ermənistana dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Rusiya taxılı gətirilib: “Bu nəinki siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyət daşıyır. Belə ki, bununla Ermənistana yüklərin daşınması xərcləri azalır”.


Xatırladaq ki, noyabrın 6-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930