Əliyevlə Paşinyan niyə ərəb ölkəsini seçdi?

10-07-2025, 10:35 373 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, olduqca əhəmiyyətli olan görüşün niyə məhz Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi də görüşün özü qədər maraqlıdır.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, görüş məhz o ölkədə ona görə keçirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hər iki ölkəyə yatırımları ildən ilə artır.

Onun sözlərinə görə, söhbət milyardlarla dollardan gedir:

“Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın ən böyük investoruna çevrilib, Əbu-Dabi Rusiyanı geridə qoyub, Azərbaycanda da iqtisadi maraqları mövcuddur. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda sülh və əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərinin həyati maraqları içərisindədir. Bu ölkə bununla həm də yatırımlarının təhlükəsizliyini təmin etmiş olur.

Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri sülh quruculuğunda qonşularından geri qalmaq istəmir. ABŞ Talibanla razılaşmanı Qətərdə əldə etmişdi, amerikalı diplomatlar iranlı həmkarlarıyla danışıqları Omanda aparırdılar. Birləşmiş Ərəb Əmirlikləri isə özünü Cənubi Qafqazda sülh quruculuğunda sınamaq istəyir”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031