Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd etdi, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğuladı.
Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğuladı. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək, vurğuladı ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.
Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğuladı.
Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxundu. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etdi.
Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirildi, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. AZƏRTAC







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Bakıda geosiyasi bahar: nələr oldu, nələr olacaq?
Azərbaycan və Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edən səfər- İsrafil Kərimovun yazısı
Prezident İlham Əliyevin Çin səfəri Orta Dəhliz, enerji və rəqəmsal sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır - Sevil Mikayılova
1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? – YENİ FAKTLAR
Orqan alqı-satqısında hüquqi məsuliyyət kimin üzərinə düşür? - HÜQUQŞÜNAS DANIŞDI
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 11 nəfər saxlanıldı (VİDEO)
İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO
Azərbaycan XİN Çilini təbrik etdi
Azərbaycanda toy qaydaları dəyişir? – Qonaq sayı və vaxt limiti…
"Formula 1" yarışı: Bakıda məhdudiyyət qoyulacaq yolların siyahısı açıqlanıb
Bu gün Robert Köçəryan məhkəmə qarşısına çıxarılacaq
Rusiyada seçkilər başladı
“Kontakt Home”dan aldığı bütün əşyalar xarab çıxdı – Şikayət
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransında iştirak etdi
Ukraynada kütləvi antikorrupsiya auditinə başlanılır
Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Azərbaycanda internet tarifləri dəyişir - 25 manat olacaq
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Zaqatalada kişi meyiti aşkarlanıb
Putinin böyük arzusu: ABŞ və Çinlə “Böyük üçlük” sammiti keçirmək...
Prezidentdən toplantı iştirakçılarına – Müraciət
Azərbaycanda əhali sayı artıb
Suraxanıda gecə aparılan tikinti sakinləri ayağa qaldırdı – Video
Alla Axundova vəfat etdi – FOTO
Hikmət Hacıyev: Avropa Parlamentinin qətnamələri regionda sülh gündəmini zəiflədir
“Bitcoin”in qiyməti yenidən 76 min dolları ötüb
Avroliqa həyacanı davamn edir: “Beşiktaş” və “Yuventus” meydana çıxır
Ata 2 yaşlı oğlunu döyüb, komaya saldı - Həbs olundu
1.5 milyon manatdan çox vergi borcu olan "KƏPƏZ 22" MMC kimindir?
Nazirlərlə bağlı maraqlı MƏLUMAT yayıldı - Bu günə qədər bilinmirdi
Kirayə qaldığı evdə otaq yoldaşını kürəyindən bıçaqladı, 7 il həbs cəzası aldı
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Əmrullayevə SƏRT sözlər: “Bu problemləri kim həll etməlidir?”
Bu rayonlarda icra başçısı yoxdur - Siyahı
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Ankarada 10 il axtarışda olan FETÖ üzvü saxlanıldı
264 nömrəli məktəbdəki skandal araşdırılır
LeoBank indi də jurnalistə kələk gəlib: "Heç vaxt getmədiyim və alış-veriş etmədiyim "Ramstore"də..." - "Bu xidmətdən uzaq durun!"
Daha bir rus generalı həlak olub
Valyuta məzənnələri dəyişdi: Bu pullar bahalaşdı
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
Türkiyə və Almaniya İrana uçuşları DAYANDIRDI
İşdən çıxarılan icra başçısı məşhur şəxsin qardaşıdır
Prezidentə verilən 500 min dollar Qarabağa yönəldildi
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Nazirdən Bilik Günü ilə bağlı paylaşım
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
Premyer Liqa: V tura “Şəfa” – “Sabah” oyunu ilə yekun vurulur
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bülənt Ərsoyun milyonluq boyunbağısı - FOTO
Elgiz yeni verilişinin tarixini açıqladı
Tramp: "İranla münaqişə tezliklə bitəcək, neftin qiyməti düşəcək"
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var