Azərbaycan hərbçiləri Türkiyədə sualtı axtarış və xilasetmə təlimlərində iştirak etdi

30-04-2025, 19:21 50 dəfə baxılıb

 

Türkiyənin Marmaris şəhərində keçirilmiş “KURTARAN-2025” sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu müşahidəçi qismində iştirak edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən, qəzaya uğramış sualtı qayığın axtarış-xilasetmə gəmiləri tərəfindən xüsusi texnika və robotların köməyi ilə axtarışı, xilasedici dalğıclar vasitəsilə batan heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Təlim zamanı helikopter və təyyarələrdən də istifadə olunmaqla axtarış-xilasetmə tədbirləri yerinə yetirilib. Belə ki, hava vasitələrindən dənizə paraşüt tullanışları icra edilib, qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə lazımi ləvazimatların atılması və zərərçəkənlərin təxliyəsi üzrə fəaliyyətlər həyata keçirilib.

“KURTARAN-2025” sualtı axtarış və xilasetmə təlimlərində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930