Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

2-04-2025, 11:04 53 dəfə baxılıb

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930