Bakıda şok oğurluq: Mağazadakı qızılları işçi aparıbmış
Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən mağazanın əməkdaşı Ş.Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2 000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: