Türkiyədə tanınmış iş adamına "xərac" kəsmək istəyən "çirkinlər" qandallanır - 8 nəfər tutulub

3-11-2026, 10:16 72 dəfə baxılıb

 

Türkiyədə tanınmış iş adamı Nevzat Aydın "Trabzonspor" - "Beşiktaş" matçında oğlunun rəsmi mərasimdə görünməsindən sonra kriminal dəstələrin "radar"ına düşüb.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Çirkinlər"a adı verilən kriminal dəstə ondan nə az, nə çox, düz bir milyon avro "xərac" istəyib.

İddiaya görə, dəstə üzvü olduğu deyilən K.A ad-soyadlı biri +30-la başlayan yunan kodlu telefon nömrəsiylə iş adamına zəng edərək "Ya pulu verəcəksən, ya da oğlunu aradan götürəcəyik" deyə onu təhdid edib: "İş adamı isə təhdidə boyun əyməyib və o, polisə şikayət edib. Şikayətdən sonra özünü "Çirkinlər" cinayətkar təşkilatının liderlərindən biri kimi təqdim edən K.A. və daha 7 nəfər iki xüsusi əməliyyatla tutulublar. Onların ev və maşınlarında axtarış zamanı 4 tapança, 175 patron və 900 narkotik həbi müsadirə edilib. istintaq davam edir".



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30