Lənkəranda 41 yaşlı qadın öldürüldü, əri təslim oldu

19-03-2025, 10:42 157 dəfə baxılıb

 

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır. /APA

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031