Samuxda 39 yaşlı qadın və 33 yaşlı kişi bıçaqlanıb

9-09-2026, 10:16 47 dəfə baxılıb

 

Samuxda 39 yaşlı qadın və 33 yaşlı kişi bıçaqlanıb.

Yenisirvanli.İnfo.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova və Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü Elşən Əsgərov qarının kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni törətməkdə S.Abbasovanın qardaşı şübhəli bilinir.

Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930