Məhkəmə qərarlarını saxtalaşdıran 4 nəfərə hökm oxundu

4-09-2026, 10:44 317 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohumlarının və tanışlarının olduğunu bildirərək ayrı-ayrı şəxslərə dələduzluq etməklə ümumilikdə yüz min manat pul ələ keçiriblər.

Onlar yüksək vəzifədə çalışan qohum və tanışları vasitəsilə həbsdə olan vətəndaşları cinayət məsuliyyətindən azad edəcəklərinə, bu mümkün olmadıqda isə daha yüngül cəza almalarına kömək edəcəklərini vəd ediblər.

Zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyandan 6 min manat ödənilib, digər zərərçəkmişlərə ödəniş olunmayıb.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930