Goranboyda 9-cu sinif şagirdi qaçırılıb? – RƏSMİ AÇIQLAMA

14-03-2025, 10:00 339 dəfə baxılıb

 

Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

00:05

 

Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.

Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930