Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

4-07-2026, 15:39 1 733 dəfə baxılıb

 Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin keçirdiyi tədbirlər nəticəsində qanunsuz yaşayan 50 əcnəbi vətəndaş saxlanılıb.


“Yenisirvanli.info.az” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əcnəbilər arasında azərbaycanlılar da var.


Nazirliyin yaydığı məlumata görə, Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları da saxlanılanlar arasındadır.


Bildirilib ki, həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdirilib.


Hazırda onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.


Məlumata görə, həmin şəxslər Gürcüstan ərazisində hüquqi əsas olmadan yaşayırdılar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031