Azərbaycanlı idmançı dostu ilə itkin düşdü

13-03-2025, 20:13 191 dəfə baxılıb


 

Azərbaycan vətəndaşları – Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüb.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Teleqraf-a R.Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

 

Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu ilin fevralın 26-da Ukrayna ərazisinə daxil olub.

 

“Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidir, hər birinin iki övladı var. 20 ilə yaxındır daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur”, – R.Əsgərov söyləyib.

 

O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.

 

Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2023-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb.

 

Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan oturum almışdı, məşqçi idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930