İşdən çıxarılan polkovnikə cinayət işi açıldı - FOTO

2-06-2026, 16:20 1 534 dəfə baxılıb


Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.


“Yenisirvanli.info.az”  "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, dələduzluqda ittiham edilir.


Maraqlı məqam isə ondan ibarətdir ki, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.


İttihama görə, O.Babayev R.Tağıyevdən onun sərəncama göndərilməməsinə köməklik göstərəcəyi vədi ilə 30 min manat alıb. Lakin bir müddət sonra R.Tağıyev həbs olunub.


Şikayət əsasında Respublika Hərbi Prokurorluğunda istintaq aparılıb. İstintaqın yekununda O.Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq - qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında cərimə və ya beş ilə qədər həbs nəzərdə tutulur.


Əvvəllər Naxçıvan Hərbi Polis İdarəsinin rəisi də işləmiş polkovnik Babayev 30 min manatın bir hissəsini ödəməyə razılıq verdiyi üçün həbs edilməyib, barəsində alternativ qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Qeyd edək ki, Ruhin Tağıyevin cinayət işi də Bakı Hərbi Məhkəməsində araşdırılır. Həmin iş üzrə hələlik hökm çıxarılmayıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930