Bakıda parik taxaraq cinayətlər törədibmiş - Video

25-04-2026, 12:47 1 026 dəfə baxılıb

 

Bakıda dələduzluq edərkən tanınmamaq üçün parik taxan şəxs saxlanılıb.


“Yenisirvanli.info.az”nın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.


Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub.


Ərşad Səfərovun zərərçəkənlərə ümumilikdə 15 000 manatdan çox maddi ziyan vurduğu müəyyənləşdirilib.


Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031