Nəsimi rayonunda 4 kq narkotika dövriyyədən çıxarılıb - Video

11-03-2025, 11:14 234 dəfə baxılıb

 

Nəsimi rayonunda əməliyyat zamanı 4 kiloqram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930