Bakı məktəbindəki təhdidlə bağlı - Açıqlama

21-04-2026, 15:48 994 dəfə baxılıb

 

Aprelin 18-də axşam saatlarında sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.


“Yenisirvanli.info.az” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, məsələ ilə bağlı məktəb tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.


“Bu səbəbdən 20 və 21 aprel tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir. Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır”, - məlumatda bildirilib.


Qeyd edək ki, yayılan iddialarda məktəbin bir şagirdi müəllim və şagirdlərin həyatına təhdidlə bağlı hədə səsləndirib. Hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində valideynlər övladlarını məktəbə göndərməkdə tərəddüd edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930