Oğul 66 yaşlı anasını baltalayaraq qətlə yetirdi - Özü də öldü
Şəmkirdə qətl hadisəsi baş verib.
“Yenisirvanli.info.az”ın xəbərinə görə, Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir.
Onun oğlu, 1993-ci il təvəllüdlü Allahverdiyev Anar Natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğulun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir.
Məlumata görə, A.Allahverdiyev ruhi-əsəb xəstəsidir.
Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: