Meyitlərini qohumları aşkar edib - Qubadakı ailə faciəsinin təfərrüatı

19-03-2026, 10:41 891 dəfə baxılıb

 

Ötən gün Qubada kişinin arvadını və özünü öldürdüyü hadisənin bəzi detalları üzə çıxıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində əvvəllər də münaqişələrin olduğu bildirilib.


Dünən isə qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün saat 16 radələrində evinə gəliblər. Bu zaman 1970-ci il təvəllüdlü qadının əri tərəfindən qətlə yetirilməsi, daha sonra isə 60 yaşlı Ağasiyev Ceyhun İsmayıl oğlunun öz həyatına da son qoyması məlum olub.


Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031