Azərbaycanda gizlənən Türkiyə vətəndaşı saxlanılaraq ölkəsinə ekstradisiya edildi

27-02-2026, 16:21 755 dəfə baxılıb

 

Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə ekstradisiya edilib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.


Məlumata görə, qırmızı bülletenlə və beynəlxalq səviyyədə axtarışda olan 41 nəfər xarici ölkələrdə ələ keçirilərək Türkiyəyə aparılıb.


Qeyd olunur ki, axtarışda olan şəxslərdən biri Azərbaycanda saxlanılıb.


Bundan başqa Gürcüstan (27 nəfər), Bolqarıstan (5), Almaniya (2), Albaniya, Belçika, İraq, Böyük Britaniya, Monteneqro və Sloveniyada yaxalanan Türkiyə vətəndaşları ölkələrinə ekstradisiya edilib.


Qeyd olunur ki, saxlanılan şəxslər xarici ölkələrə qaçaraq, ədalət mühakiməsindən yayınmağa çalışıblar.


"Müvafiq ölkələrin təhlükəsizlik qüvvələri ilə səmərəli əməkdaşlıq sayəsində ekstradisiyalar uğurla həyata keçirilib", - deyə xəbərdə bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031