15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqladı

24-02-2026, 18:46 701 dəfə baxılıb

 

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlamaqda təqsirli bilinən Araz Səmədovun cinayət işinin məhkəmə baxışı keçirilib.


Yenisirvanli.info.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Araz Səmədovun sərbəst ifadəsi dinlənilib.


Araz Səmədov ifadəsində bildirib ki, zərərçəkən Babək Uğurlu onun qardaşı yoldaşının yaxın qohumu olub. Ona görə də onların evinə mütəmadi olaraq tez-tez gəlirmiş. Təqsirləndirilənin dediyinə görə, hadisə baş verən gün Araz bacısının otağına girərkən Babəki bacısının yanında görüb və hiddətlənib. Buna görə də mətbəxdən bıçağı götürərək onun üzərinə cumub və bıçaqla xəsarətlər yetirib.


Təqsirləndirilən ifadəsi zamanı "mason", "cin", "şeytan" kimi təriqət və gözəgörünməz varlıqların adını çəkərək, guya onların vasitəsilə hər bir məlumatı aldığını deyib.


Zərərçəkən 30 yaşlı Babək Uğurlu isə məhkəmədəki ifadəsi zamanı Arazın azyaşlı bacısı ilə nişanlı olduğunu deyib.


"Mən Arazın azyaşlı bacısı ilə nişanlı idim. Qızın 18 yaşının tamam olduğunu gözləyirdik ki, evlənək. Həmin gecə saat 2-də oturub söhbət edirdim nişanlımla onların evində. O, məndən küsmüşdü, könlünü almaq istəyirdim. Birdən Araz əlində bıçaq içəri daxil olaraq "sən cinsən, şeytansan" deyə-deyə üstümə cumdu və bıçaqla zərbələr endirməyə başladı, nə qədər çalışdımsa, bıçağı onun əlindən ala bilmədim. Bu zaman bacısı da yaralanmışdı. Bədənimin müxtəlif yerlərindən qan axırdı".


Növbəti proses aprelin 7-nə təyin edilib.


Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Əmircan qəsəbəsində baş verib. Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının əməliyyatı zamanı hadisəni törətməkdə təqsirli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031