Restoranda rəfiqəsinin 5 minlik qızılını oğurladı - “102”yə də yalan məlumat verdi

20-02-2026, 18:52 657 dəfə baxılıb

 

Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.


Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.


Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.


Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031