Azərbaycanda 38 yaşlı kişi balta ilə uşaqlara HÜCUM ÇƏKDİ

13-02-2026, 09:28 552 dəfə baxılıb

 

Quba rayonunda yerləşən istirahət parklarının birində uşaqların üzərinə balta ilə hücum çəkən vətəndaş hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.


Yenisirvanli.info.az Lent.az-a istinadla xəbər verir ki, sözügedən insident şəhər ərazisindəki Nizami adına parkda baş verib.


38 yaşlı Davud Mirzəyev (ad və soyad şərti xarakter daşıyır - red.) axşam saatlarında əlindəki balta ilə azyaşlıları təqib edib. Həmin vaxt ərazidə xidmət aparan polis nəfərləri dərhal müdaxilə edərək onu saxlayıb və kəsici aləti müsadirə ediblər. Davud və onun qorxutduğu uşaqlar birlikdə polis bölməsinə aparılıblar, saxlanılan şəxs barəsində iki müvafiq maddə üzrə protokol rəsmiləşdirilib.


Dindirmə zamanı D.Mirzəyev hadisə vaxtı spirtli içkinin təsiri altında olduğunu, bu səbəbdən də etdiyi hərəkətləri və yaşananları xatırlamadığını bildirib.


Quba Rayon Məhkəməsi onun əməlində cinayət tərkibinin mövcudluğunu nəzərə alaraq, işin dərindən araşdırılması üçün Quba Rayon Prokurorluğuna və rayon Polis Şöbəsinə yönləndirilməsinə qərar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930