Çobanlar yarım milyonluq cinayətə görə - Həbs edildi

12-01-2026, 15:39 222 dəfə baxılıb

 

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur.


“Yenisirvanli.info.az”ın əldə etdiyi məlumata görə, hadisə Salyan rayonunda baş verib.


Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları “aradan çıxarıblar”.


Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var.


Sahibkar cinayətdən xəbər tutan kimi Kəmaləddin və Ceyhunun əməli barədə prokurorluğa şikayət edib.


İstintaqla təsdiq edilib ki, çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı-Simental cinsli Avstriya mənşəli erkək danaları, cins inəkləri, eləcə də çoxsaylı qoyun-quzu və keçi-çəpişi müxtəlif üsullarla ucuz qiymətə satıb, cinayətdən xəbərsiz olan satıcılardan aldıqları 586 min manat pulu mənimsəyiblər.

 

Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Onların barəsində həbs qətimkan tədbiri seçilib.


Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031