Bir gecədə 17 ədəd telefonu belə oğurladılar - Anbaan görüntülər

4-01-2026, 18:12 136 dəfə baxılıb

 

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Bildirilib ki, naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar.


Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.


Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar.


Həmin şəxslər mağazaya daxil olmamışdan öncə kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar.


Buna baxmayaraq onların əməli anbaan lentə alınıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031