İranda tapılan balıqçının meyiti Azərbaycana təhvil verildi

30-12-2025, 10:22 120 dəfə baxılıb

 

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.


“Yenisirvanli.info.az” APA-ya istinadən xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.


Araşdırmalar zamanı məlum olub ki, meyit itkin düşmüş Astara rayonunun Şahağac kənd sakini, balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aiddir.


Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.


Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.


Qeyd edək ki, 19 dekabrda səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saat 8 radələrində balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxıblar və onlar itkin düşmüş hesab edilirdilər.


Aidiyyəti orqanlar 10 gün ərzində dənizdə və havadan onların axtarışını aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031