Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib
Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə səkkiz şagirdin zəhərlənməsi iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama verib.
Qurumdan Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar AQTA tərəfindən araşdırma aparılıb.
Məlumatda qeyd olunub ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları "Dirol" əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarınağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub:
"Bildiririk ki, agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkarlanmayıb. "Dirol" əmtəə nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən, həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb".
Sonda bildirilib ki, məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: