İslam Rzayevlə Musa Şəkiliyev şərik imişlər - Biznesləri ÜZƏ ÇIXDI

3-11-2025, 17:12 117 dəfə baxılıb

 

Ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İslam Rzayevlə iyunun 20-də həbs edilən Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyevin biznes əlaqələri üzə çıxıb.


Yenisirvanli.info.az  Metbuat.az-a istinadən xəbər verir ki, İslam Rzayev Balakənə, Musa Şəkiliyev Qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. İki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.


Məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. İslam Rzayevlə Musa Şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. Şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.


Məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında Qaxda, payız-qış mövsümündə isə Balakəndə bəslənilir. Təsərrüfat sahibləri Balakəndən qışlaq, Qaxdan isə yaylaq kimi istifadə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031