Sürücü təmir sexində əl əyləcini çəkmədi, avtomobil çarpayıda uzanan şəxsi əzib öldürdü

27-10-2025, 17:15 136 dəfə baxılıb

 

Şabran Rayon Məhkəməsində avtomobil qəzası törətməkdə təqsirləndirilən Rəhman Eyvazovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Yenisirvanli.info.az  Pravda.az-a istinadən xəbər verir ki, hakim Könül Mirzəfərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə Rəhman Eyvazov etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük avtomobili texniki nasazlıq səbəbindən baxışdan keçirmək məqsədilə Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Bakı-Quba magistral yolunun sağ hissəsində yerləşən avtomobil təmir sexinə gətirib. Təqsirləndirilən şəxs avtomobili dayandırdıqdan sonra nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinin qarşısını almaq üçün əl əyləcini çəkməli, ötürmələr qutusunu dayanma rejiminə, təkərlərdən ən azı birinin altına tıxac qoymalı olduğu halda, bu tələblərə əməl etməyib.


Həmçinin, həmin tələblərə zidd olaraq, duracaq əyləc sistemi nasaz vəziyyətdə olan avtomobili idarə edib, maşını duracaq əyləcindən istifadə etmədən tərk edib.


Nəticədə, təqsirləndirilən şəxs tərəfindən idarə edilən yük avtomobili öz-özünə hərəkətə başlayaraq, sexin içərisində dəmir çarpayının üzərində əyləşmiş Şabran şəhər sakini, 1971-ci il təvəllüdlü, zərərçəkmiş Maqsud Baxışova (adı, soyadı şərtidir) dəyib.


Hadisə zamanı zərərçəkmiş şəxs aldığı xəsarətlərdən yaranan ağır travmatik şok nəticəsində orada ölüb.


Hadisədən sonra Rəhman Eyvazov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031