Zabil Qəhrəmanov bu maddə ilə ittiham olunur

18-10-2025, 11:27 143 dəfə baxılıb

 

Ötən gün saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov barəsində cinayət işi başlanılıb.


Bu barədə “Yenisirvanli.info.az” a onun vəkili Səadət Seyidli məlumat verib.


Vəkilin sözlərinə görə, həmkarı Cinayət Məcəlləsinin 221.2.2-ci ( xuliqanlıq-hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir.


Vəkilin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.


Məlumat üçün bildirək ki, 221.2.2-ci maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur.


Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırlıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031