QHT sədri Bəşir Süleymanlının məhkəməsi başlayıb

9-10-2025, 12:23 114 dəfə baxılıb

 

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Yenisirvanli.info.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Bəşir Süleymanlının vəkilinin yanında əyləşməsi barədə vəkilinin verdiyi vəsatət təmin olunub.


Daha sonra anket məlumatları dəqiqləşdirilib.


Təqsirləndirilən şəxs B.Süleymanlı vəsatət qaldıraraq, cinayət işinə xitam verilməsini xahiş edib. O bildirib ki, əldə etdiyi gəlirlər ABŞ və Britaniya hökuməti tərəfindən qanuni şəkildə verilib.


Onun müdafiəçisi Elçin Sadıqov da vəsatətin təmin olunmasını xahiş edib. O, əlavə vəsatət verərək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.


Müşavirədən sonra vəsatətlər təmin edilməyib və cinayət işinin məhkəmə baxışına verilməsinə qərar verilib. Baxış iclası oktyabrın 23-nə təyin edilib.


Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.


Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031