Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb

1-03-2025, 17:23 208 dəfə baxılıb

 

Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.

Həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031