Naxçıvanda anasının qətlində ittiham edilən şəxsə hökm oxunub

1-10-2025, 21:23 125 dəfə baxılıb

 

Babək rayonunda anasını qətlə yetirməkdə təqsirləndirilən Nihad Qoçəliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.


Yenisirvanli.info.az  APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, Nihad Qoçəliyevə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


Qeyd edək ki, hadisə iyunun 4-də Naxçıvan MR Babək rayonu Şəkərabad kəndində baş verib. Kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla onun oğlu, 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Nihad Qoçəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.


Faktla bağlı Babək Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Nihaq Qoçəliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031