Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı

27-09-2025, 11:27 137 dəfə baxılıb

 

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb. 


Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.


O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. 


Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930