Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb

20-09-2025, 09:47 80 dəfə baxılıb

 

Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb.


Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Babayev (ad və soyad şərtidir) sərxoş vəziyyətdə yaşadığı evə gələrkən, həyətlərində əmisi Raufu görüb. O, əmisi ilə mübahisə edib və onu evindən qovmaq istəyib. Əmisinin həyətdən çıxmadığını görən Elşən həyətdən baltanı götürərək ona hücum edib. Elşən əmisinə qolundan xəsarət yetirib.


Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanılıb.


Masallı Rayon Məhkəməsinin qərarı ilə E.Babayev 15 gün müddətinə inzibati həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031